Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 2-5 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq), Ingilis dili – yaxşı (texniki);
- PHP (OOP və Laravel framework) ilə işləmə bacarığı;
- MySQL ilə məlumat bazası üzərində praktiki təcrübə;
- REST API ilə işləmə bacarığı;
- Git ilə versiya nəzarəti təcrübəsi;
- Tətbiqlərdə dəyişiklik ehtiyaclarını müəyyənləşdirə və düzgün şəkildə tətbiq edə bilmək;
- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı;
- Analitik təhlil etmə qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Laravel üzərində qurulmuş internet reklamlarının idarəetmə platformasının backend hissəsi;
- Mövcud layihələrin optimizasiyası və təkmilləşdirilməsi;
- Dizaynerlər, marketoloqlar və digər proqramçılarla əməkdaşlıq;
- Kodun optimallaşdırılması və yeni funksionallıqların əlavə olunması;
- Web saytın inkişaf etdirilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət Et düyməsində göstərilən email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.