Vəzifə öhdəlikləri:
- Sosial media, outdoor, print və digər kampaniyalar üçün kreativ vizualların hazırlanması
- Brendin vizual kimliyinə uyğun olaraq dizayn materiallarının işlənməsi
- Rəqəmsal və çap formatlarında banner, broşur, poster və digər reklam materiallarının hazırlanması
- Satış və marketinq komandası ilə əməkdaşlıq edərək dizayn tələblərinin vaxtında və keyfiyyətli icrası
- Çap və digital faylların düzgün texniki formatda hazırlanması
Namizədə tələblər:
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi
- Yaradıcı düşüncə, estetik zövq və detal yönümlülük
- Tapşırıqları vaxtında, müstəqil və məsuliyyətlə yerinə yetirmək bacarığı
- Portfolionun təqdim olunması mütləqdir
Aşağıdakı proqramlarda peşəkar səviyyədə işləmək bacarığı:
- Adobe Photoshop – əsas
- Adobe Illustrator – əsas
- Figma – əsas
- Adobe InDesign və Adobe After Effects bilikləri üstünlükdür
İş barədə məlumat:
- İş vaxtı: Həftə içi 5 gün, 08:00-dan 17:00-dək və ya 09:00-dan 18:00-dək (1 saat nahar fasiləsi). İstirahət günləri: şənbə, bazar
- İş yeri: 5 Qurban Abbasov, Bayıl Bay Kempinski
- Əmək haqqı 1000 - 1500 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tam rəsmi sənədləşmə
CV və portfolionuzu Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərməyiniz və məktubunuzun "Mövzu" hissəsində Qrafik dizayner qeyd etməyiniz xahiş olunur.
Əlaqədar şəxs: Nigar Rəcəbova