Audit üzrə təcrübəçi

  • Истекает 22 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nexia Azerbaijan Audit Təcrübə Proqramına namizədlər qəbul edir.

Karyeranı audit sahəsində qurmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək istəyən yeni məzunları komandamıza qoşulmağa dəvət edirik.

Qeyd: Təcrübə proqramı tam ödənişlidir və iştirakçılarla Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır.

İş təsviri

  • Beynəlxalq Audit Standartlarına (ISA) uyğun audit layihələrində audit komandasına dəstək göstərmək;
  • Müştərilərin maliyyə hesabatlarının hazırlanması və yoxlanılması prosesində dəstək göstərmək;
  • Digər peşəkar xidmət layihələrində dəstək göstərmək;
  • Audit zamanı yaranan məsələlərin araşdırılmasında komanda üzvlərinə kömək etmək;
  • Komandanın gündəlik fəaliyyətində və digər tapşırıqların icrasında aktiv iştirak etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes ixtisası üzrə məzun ;
  • Azərbaycan dillində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
  • Komandada işləmək və öyrənməyə həvəsli olmaq;
  • Məsuliyyətli, təşəbbüskar və operativ işləmək bacarığı;
  • Ezamiyyətlərdə iştirak etməyə hazır olmaq;
  • Tam iş qrafiki ilə işləmək və zərurət olduqda əlavə iş saatlarında işləməyə hazır olmaq.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly467
  • Monthly2144