Mühasib Köməkçisi

  • Истекает 4 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beynəlxalq audit və konsaltinq şirkətində uğurlu karyera qurmaq istəyən, yüksək motivasiyaya malik, məsuliyyətli və peşəkar inkişaf hədəfləri olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • İnternet bankçılıq əməliyyatlarının həyata keçirilməsi və nəzarəti;
  • Əməkhaqqı və digər maliyyə hesablamalarının aparılması;
  • Aylıq hesab-fakturaların və ƏDV hesab-fakturalarının hazırlanması;
  • Debitor və kreditor borclarının üzləşdirilməsi;
  • Aylıq, rüblük və illik vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • 1C proqramında mühasibat uçotunun aparılması;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərinə uyğun digər tapşırıqların icrası.

Tələblər

  • Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya Biznesin idarəedilməsi üzrə ali təhsil;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
  • Vergi və maliyyə uçotu sahəsində nəzəri və praktiki biliklər;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlük hesab olunur);
  • 1C proqramında işləmək bacarığı;
  • Analitik düşüncə, yüksək məsuliyyət hissi və detallara diqqət;
  • Gərgin iş qrafikində və dinamik mühitdə effektiv işləmək bacarığı;
  • Yüksək motivasiya, peşəkar inkişaf istəyi və müştəriyönümlü yanaşma.

Biz nə təklif edirik

  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və öyrənmə imkanları;
  • Müxtəlif sahələr üzrə praktiki təcrübə qazanmaq imkanı.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət etdikləri vəzifənin adını – “Mühasib Köməkçisi” qeyd etmələri xahiş olunur.

  • Daily0
  • Weekly570
  • Monthly570