Ümumi Məlumat
- Şöbə: Satış və Biznesin İnkişafı
- Hesabat verir: CEO / Kommersiya Departamentinin Rəhbəri
- Yer: Bakı, Azərbaycan
- İş növü: Tam ştat
Satış meneceri şirkətin tibbi avadanlıq və sərf materialları üzrə satış fəaliyyətlərini idarə edir, yeni müştərilər cəlb edir, tender və özəl satışları həyata keçirir, məhsul təqdimatları edir və satış prosesini başdan sona yönləndirir.
Əsas vəzifə öhdəlikləri:
- Tibbi avadanlıq və sərf materialları üzrə satış planını həyata keçirmək
- Aylıq və illik satış hədəflərinə çatmaq
- Satış strategiyasının formalaşdırılmasında iştirak
- Bazar araşdırması aparmaq və potensial müştəriləri müəyyən etmək
- Xəstəxanalar, klinikalar və tibb mərkəzləri ilə əlaqələr qurmaq
- Yeni müştəri cəlb etmək və mövcud müştəri münasibətlərini inkişaf etdirmək
- Demo, görüş və təqdimatların təşkili
- Müştərinin ehtiyacını analiz edərək uyğun cihaz təklif etmək
- Tender elanı və texniki şərtləri təhlil etmək
- Tender üçün uyğun məhsul seçimi (Layihə Meneceri ilə birgə)
- Tender qiymət strategiyasının hazırlanması
- Texniki və kommersiya təkliflərinin hazırlanması
- Cihazların funksiyaları, üstünlükləri və klinik istifadəsi barədə təqdimat keçmək
- Demo quraşdırmalarını Texniki servis ilə koordinasiya etmək
- Məhsul barədə yüksək səviyyədə biliklə müştərilərə dəstək olmaq
Tələb olunan səriştələr:
- Tibbi avadanlıq və sərf materialları sahəsində satış təcrübəsi
- Yüksək səviyyəli danışıqlar bacarığı
- Tender satış prosesi haqqında bilik
- Klinik təqdimat və demo bacarığı
- Cihaz portfeli (USM, monitor, pump, OR/ICU equipment) üzrə bilik
- Excel, Word, PowerPoint bacarıqları
- Biznes İdarəçiliyi, Biomedikal Mühəndislik, Tibb və ya uyğun sahə üzrə ali təhsil
- Azərbaycan dili səlis bilməli, İngilis dili yaxşı, Rus dili üstünlükdür
- Yüksək kommunikasiya bacarığı
- Analitik və nəticəyönümlü düşüncə
- Aktiv və təşəbbüskar satış yanaşması
- İş yükü və stressə davamlılıq
- Güclü təqdimat bacarığı
- Komanda ilə işləmək bacarığı
- Aylıq və illik satış hədəflərinə çatmaq
- Yeni müştərilərin aktiv şəkildə cəlb edilməsi
- Demo və təqdimatların sayının artırılması
- Tender proseslərində effektiv iştirak
- Müştəri məmnuniyyətinin yüksəldilməsi
Vakansiya tələblərinə uyğun olan namizədlər mövzu hissəsində “Satış meneceri” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.