Təchizat üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizat üzrə mütəxəssis

  • Deadline 24 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

NH GROUP MMC peşəkar komandamıza Təchizat üzrə mütəxəssis axtarır.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 09:00–18:00
  • Nahar fasiləsi: 13:00–14:00
  • Əmək haqqı: start olaraq 1500 Azn, 3 aydan sonram bonus sistemi artım

Əsas vəzifələr

  • Yerli və xarici alışların həyata keçirilməsi, yeni məhsulların axtarışı, * Qənnadı məhsulları və istehsal üçün xammal materiallarının satınalma prosesinin təşkili;
  • Bazar araşdırmalarının aparılması və alternativ təchizatçıların müəyyənləşdirilməsi
  • İdxal-ixrac əməliyyatlarının koordinasiyası və həyata keçirilməsi;
  • Şirkətdaxili formalaşdırılmış sifarişlərin anbar ehtiyatları ilə müqayisə edilərək aidiyyəti şöbələrin zəruri məhsullarla təmin olunması;
  • Şirkətin satınalma siyasətinə və müəyyən edilmiş prosedurlara riayət edilməsi;
  • Mal, xidmət və işlər üzrə potensial təchizatçıların araşdırılması və seçilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, qiymət və kommersiya təkliflərinin müqayisə edilməsi;
  • Uyğun təchizatçılarla müqavilələrin bağlanması və təchizat şərtlərinin idarə olunması;
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
  • Təchizat üzrə sənədləşmələrin düzgün və vaxtında aparılması;
  • Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət edilməsi;
  • Təchizat və satınalma bazarının mütəmadi araşdırılması;
  • e-gov.az, AQTA və gömrük sistemləri üzrə tələb olunan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsi;
  • İdxal prosesləri üzrə sənədləşmənin və logistika proseslərinin koordinasiyası;
  • Anbar, logistika, satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
  • Təchizat zəncirində yarana biləcək risk və gecikmələrin əvvəlcədən müəyyənləşdirilməsi;
  • Görülmüş işlər üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən təchizat istiqamətində verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Namizədə tələblər

  • Yaş: 25–40 yaş;
  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Təchizat, satınalma, logistika və ya əlaqəli sahədə minimum 2 il;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək;
  • İngilis dili biliyi — B1 səviyyəsi;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
  • 1C ERP proqramında iş təcrübəsi;
  • e-gov.az, AQTA və gömrük sistemləri ilə işləmə bacarığı;
  • Xarici təchizat və idxal prosedurları üzrə sənədləşmə təcrübəsi;
  • Satınalma və təchizat proseslərini  biliyi;
  • Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
  • Analitik düşünmə və bazar araşdırması bacarığı;
  • Planlama və vaxtın effektiv idarə edilməsi bacarığı.

Şəxsi keyfiyyətlər

  • İntizamlı və punktual;
  • Məsuliyyətli və nəticəyönümlü;
  • Təşəbbüskar;
  • Detallara diqqətli və sistemli;
  • Operativ qərarvermə bacarığı;
  • Stress altında işləmə qabiliyyəti;
  • Komandada işləmə və yüksək kommunikasiya bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily37
  • Weekly557
  • Monthly2269