Nİ Group MMC Nİ Group MMC
  • 155

Kimyaçı-Texnoloq

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kimyaçı-Texnoloq

  • Deadline 23 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizin istehsalat komandasına Boya və Kimyəvi Örtüklər üzrə təcrübəli və məsuliyyətli Kimyaçı-Texnoloq axtarılır!

Əsas Vəzifə Öhdəlikləri

  • Formulyasiya və Reseptura: Su və həlledici (solvent) əsaslı boyaların, astar (grunt) və lak materiallarının reseptlərini tətbiq etmək və istehsalata nəzarət etmək.
  • Laboratoriya Sınaqları: Xammalların və hazır boya məhsullarının keyfiyyət göstəricilərini (özlülük, örtücülük, quruma müddəti, parlaqlıq, pH, sıxlıq) analiz etmək.
  • İstehsalat Processinə Nəzarət: Reaktor və qarışdırıcılarda (disperser) boyanın bişirilməsi və dispersiya proseslərinə texnoloji nəzarət etmək.
  • Rəng Uyğunlaşdırılması (Toning/Color Matching): Rəng laboratoriyasında piqmentlərin düzgün paylanmasını və müştəri sifarişlərinə uyğun rəng kodlarının (RAL, NCS) dəqiq alınmasını təmin etmək.
  • Məhsul Keyfiyyəti: İstehsalat zamanı və ya hazır məhsulda yaranan problemləri (çökmə, köpüklənmə, qabıqlanma və s.) analiz edib səbəblərini aradan qaldırmaq.

Namizədə Olan Tələblər

  • Təhsil: Kimya, Kimya Mühəndisliyi və ya Kimya Texnologiyası üzrə ali təhsil.
  • Təcrübə: Boya, lak, emal və ya tikinti kimyəviləri istehsalında minimum 1-3 il iş təcrübəsi.
  • Texniki Biliklər: Laboratoriya cihazları və test avadanlıqları ilə işləmək bacarığı.
  • Şəxsi Keyfiyyətlər: Rəng həssaslığı (rəng korluğu olmamaq), diqqətlilik, analitik düşüncə və komandada işləmək bacarığı.

İş şəraiti

  • Əməkhaqqı: 700-800 AZN
  • Nahar şirkət tərfindən qarşılanır.
  • İş qrafiki: 6 günlük

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994 10 236 36 27

  • Daily118
  • Weekly388
  • Monthly2102