Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 3 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sea Breeze Resort “Nikki Beach” layihəsi üzrə “Mühasib” vakansiyası elan edilir

Vəzifə öhdəlikləri:

  • Restoranın gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması; 
  • Kassa və bank əməliyyatlarının idarə edilməsi və qeydiyyatı; 
  • Təchizatçılarla hesablaşmaların aparılması və nəzarət; 
  • Anbar (stok) uçotuna nəzarət və məhsul hərəkətinin izlənməsi; 
  • POS sistemlərindən daxil olan satış məlumatlarının yoxlanılması və uçota alınması; 
  • İnventarizasiya prosesində iştirak və uyğunsuzluqların araşdırılması; 
  • Elektron qaimə-fakturaların hazırlanması və təqdim edilməsi; 
  • Daxili maliyyə nəzarətinin təmin edilməsi və sənədlərin düzgünlüyünün yoxlanılması. 

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • Restoran, kafe və ya HoReCa sahəsində iş təcrübəsi üstünlükdür; 
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər; 
  • 1C, Excel və digər mühasibat proqramları ilə işləmək bacarığı; 
  • Kassa əməliyyatları və POS sistemləri ilə tanışlıq; 
  • Analitik düşünmə və yüksək diqqətlilik; 
  • Məsuliyyətlilik, dəqiqlik və vaxtında icra bacarığı;
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür. 

İş şəraiti:

  • İş müddəti: 1 May – 1 Oktyabr (mövsümi);
  • 6 günlük növbəli iş qrafiki;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Korporativ nömrə təqdim olunur; 
  • Bakı (Koroğlu m/st) istiqamətindən servis xidməti mövcuddur; 
  • Əmək haqqı namizədin bilik və gözləntilərinə uyğun müəyyən ediləcək. 

Üstünlüklər:

  • Beynəlxalq layihədə çalışma və dəyərli təcrübə qazanmaq imkanı; 
  • Mövsüm ərzində əlavə service charge (servis haqqı) ödənişi; 
  • Nahar və nəqliyyat xərclərinin qarşılanması. 

Maraqlanan namizədlərdən xahiş olunur, CV-lərini mövzu hissəsində “Nikki Beach – Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily125
  • Weekly125
  • Monthly509