Mühasib

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimizə mühasibatlıq və maliyyə əməliyyatlarının aparılması, sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübəli xanım mühasib axtarılır.

Vəzifə öhdəlikləri

  • 1C mühasibatlıq proqramında mühasibat əməliyyatlarının aparılması;
  • Alış və satış əməliyyatlarının, mal və materialların hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
  • Anbar uçotunun aparılması və malların maya dəyərinin hesablanması;
  • Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və kassa əməliyyatlarının uçotunun aparılması;
  • Yerli və xarici təchizatçılarla hesablaşmaların izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  • Vergi, sosial sığorta və digər məcburi ödənişlərlə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
  • Debitor və kreditor borclarının izlənilməsi və üzləşmə aktlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgünlüyünə, tamlığına və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Mühasibat sənədlərinin arxivləşdirilməsi və müvafiq qaydada saxlanılması.

Namizədə tələblər

  • Xanım namizəd
  • Mühasibatlıq və maliyyə sahəsində müvafiq təhsil və iş təcrübəsi;
  • 1C mühasibatlıq proqramı üzrə praktiki biliklər;
  • Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və digər mühasibat sənədlərinin hazırlanması üzrə təcrübə;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə biliklər;
  • Bank əməliyyatları, təchizatçılarla hesablaşmalar və anbar uçotu üzrə biliklər;
  • MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.

Əmək haqqı: 1000 Azn net

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.

  • Daily116
  • Weekly448
  • Monthly1866