İş yeri: Şabran və Qusar rayonları
Məşğulluq növü: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icrasına nəzarət;
- Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi;
- Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili;
- Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə tədbirlərinin görülməsi;
- Məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanması;
- Görülmüş işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi;
- Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
- Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırığı əsasında digər işlər.
Namizədə tələblər:
- Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili;
- Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
- Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı;
- Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
Şirkət tərəfindən təmin edilir:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
- Qida təminatı;
- Mobil rabitə təminatı;
- Stabil və uzunmüddətli iş imkanı;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.