Beton zavod operatoru köməkçisi

  • Истекает 12 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda şirkətimizə Beton zavod operatoru köməkçisi vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Əsgəranda yerləşən Beton zavodu

Tələblər:

  • Orta və ya orta texniki təhsil; 
  • Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Beton istehsalatı qurğularının iş prinsiplərini, istehsalat prosesinin mərhələlərini bilmək;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi;
  • Ünsiyyət.

Əsgəran, Xankəndi, Ağdam və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.

Vəzifə və Öhdəliklər:

  • İstehsalata başlamadan öncə zavoda ümumi baxış keçirmək və qurğuların işlək vəziyyətdə olmasına əmin olmaq;
  • Baxış zamanı qurğuların detallarında hər hansı nasazlıq və ya zədələnmə aşkar edildikdə dərhal operatora və ya mexanki şöbəyə məlumat verərək;
  • Avadanlıqlarda aşkar edilmiş problemlərin aradan qaldırılmasında iştirak etmək;
  • Beton istehsalat qurğularının əsas hissələrinin (beton qarışdırıcının, konveyerin, və s.) təmizlənməsini, yağlanılmasını həyata keçirmək və texniki yoxlanılmasında iştirak etmək;
  • Qurğuların fasiləsiz işləməsini təmin etmək məqsədilə əhəmiyyətli hissələrinin(sensorlar, kəmərlər və s.) işlək vəziyyətdə olmasına daimi nəzarət etmək;
  • İstehsalat prosesi zamanı qurğularda baş verə biləcək mexaniki nasazlığın aradan qaldırılmasında texniki heyətə dəstək göstərmək;
  • Avtobetonqarışdıran nəqliyyat vasitələrinin qurğulara düzgün yanaşmasını və dolum prosesi bitdikdən sonra çıxışını təhlükəsiz şəkildə təmin etmək;
  • İstehsal prosesi başa çatdıqdan sonra xammal itkilərinin minimuma endirilməsi məqsədilə əraziyə tökülmüş materialların yenidən toplanaraq müvafiq anbarlara boşaldılmasını icra etmək;
  • Zavod daxilində texniki proseslərin təhlükəsiz şəkildə davam etməsi üçün komandadakı digər əməkdaşlarla əməkdaşlıq etmək;
  • İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily122
  • Weekly484
  • Monthly370