Hazırda şirkətimizə SƏTƏM Mütəxəssisi vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, ev.7-ci km 1
Tələblər:
- Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Davamlı inkişaf;
- Bütövlük;
- Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri;
- ISO 9001, 14001, 45001 və 50001 standartlarının tələbləri ;
- Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar;
- Sanitariya və Gigiyena qaydaları.
Vəzifə və Öhdəliklər:
- Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
- SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək;
- Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi;
- SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi;
- Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatları;
- Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi;
- İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi;
- Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək; Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək;
- Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
- Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması;
- Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
- Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
- Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
- İllik təlim planının hazırlanması.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.