Ekskavator Operatoru

  • Истекает 30 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda şirkətimizə Ekskavator Operatorları tələb olunur.

 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

 

Tələblər: 

  • Orta və ya orta ixtisas təhsili;
  • Ekskavator operatoru vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Müvafiq operator sertifikatının və ya texnikanı idarə etmək hüququ verən sənədin olması;
  • Ekskavatorun texniki xüsusiyyətləri və təhlükəsiz istismarı üzrə biliklər;
  • Skid Steer Loader (Bobcat tipli yükləyici) avadanlığını idarə etmək bacarığı və ya bu sahədə iş təcrübəsi üstünlük hesab olunur;
  • Sənaye, istehsalat və ya tikinti sahəsində iş təcrübəsi;
  • Növbəli iş rejimində işləmək imkanı;
  • Məsuliyyətlilik, intizam və komanda ilə işləmək bacarığı.

 

Əsas vəzifə və öhdəliklər:

·      Ekskavatorun təhlükəsiz, səmərəli və təyinatına uyğun şəkildə idarə edilməsini təmin etmək;

·      Alternativ yanacaq (AF), xammal və digər materialların yüklənməsi, boşaldılması və daşınması işlərini yerinə yetirmək;

·      İstehsalat ehtiyaclarına uyğun olaraq, zərurət yarandıqda Bobcat tipli yükləyici (Skid Steer Loader) avadanlığını idarə etmək;

·      Alternativ yanacaq qidalandırma sisteminin fasiləsiz işləməsinə dəstək vermək;

·      Avadanlığın gündəlik texniki baxışını həyata keçirmək və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərə məlumat vermək;

·      Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək.

 

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

CV-lərin təqdim olunması üçün son tarix: 30.06.26

  • Daily4
  • Weekly628
  • Monthly2074