İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı

  • Истекает 15 июнь 2026

Hazırda şirkətimizə İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı tələb olunur.

 

İş yeri/formatı: Hibrid (zavod və şəhər ofisindən iş, həmçinin evdən işləmə imkanı)

Tələblər: 

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • İşə qəbul və/və ya Təlim və İnkişaf sahəsində 1–3 il iş təcrübəsi;
  • Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
  • İngilis dilini yazılı və şifahi şəkildə yaxşı səviyyədə bilmək;
  • MRP (ERP) sistemləri və ya təlim platformaları ilə işləmə təcrübəsinin olması üstünlükdür;
  • Microsoft Office proqramlarında (Excel, PowerPoint, Word) işləmə bacarığı.

 

Tələb olunan kompetensiyalar:

·      Müştəriyönümlülük

·      Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·      Bütövlük

·      Yenilikçilik

 

Əsas vəzifə və öhdəliklər:

·      Vakansiyaların yerləşdirilməsi və namizədlərin axtarışının həyata keçirilməsinə dəstək göstərmək;

·      Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və koordinasiyası, eləcə də müəyyən vəzifələr üzrə seçim prosesini həyata keçirmək;

·      Yeni əməkdaşların adaptasiya prosesini koordinasiya etmək və iş mühitinə səmərəli uyğunlaşmasının təmin olunmasına töhfə vermək;

·      Təlim və inkişaf ehtiyaclarının təhlilində iştirak etmək və şirkətin ehtiyaclarına uyğun illik təlim planının hazırlanmasına dəstək göstərmək;

·      Təlimlərin təşkili və həyata keçirilməsinə, o cümlədən iştirakçı koordinasiyası, kommunikasiya və inzibati proseslərin icrasına dəstək göstərmək;

·      Xüsusi inkişaf proqramlarının icrasında iştirak etmək və rəqəmsal təlim platformalarının idarə edilməsinə dəstək göstərmək;

·      Təlim iştirakının izlənilməsi və müvafiq təlim qeydlərinin aparılması;

·       Müxtəlif göstəricilər üzrə hesabatların hazırlanması və izlənilməsini həyata keçirmək;

·      Ehtiyac yarandıqda digər əlaqəli insan resursları proseslərinin icrasına dəstək göstərmək;

 

Biz nə təklif edirik:

·      Könüllü tibbi sığorta

·      İş yerinə nəqliyyat (servis) xidməti

·      Şəxsi və peşəkar inkişaf imkanları

·      İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·      İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləriVakansiyanı dərc et

·      Digər imtiyazlar

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly459
  • Monthly459