Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali təhsil;
- Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində təcrübə;
- AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
- Layihə idarəetmə proqramlarında istifadə bacarıqları;
- Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər;
- Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
- Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
· Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
· Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
· Detallı layihə planlarını hazırlamaq və
· İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
· Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək;
· Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
· İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq;
· Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq;
· Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək;
Biz nə təklif edirik:
· Könüllü tibbi sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 02.12.26