Hazırda şirkətimizə Kapital Xərclərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis tələb olunur.
Vəzifənin əsas məqsədi: CAPEX layihələrinin texniki cəhətdən əsaslandırılmış, kommersiya baxımından səmərəli, təhlükəsiz şəkildə icra olunan, düzgün idarə edilən və təsdiq edilmiş büdcə və qrafik çərçivəsində tamamlanmasını təmin etməkdir.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
• İnşaat, Mexanika, Elektrik, Sənaye mühəndisliyi, Tikintinin idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür;
• Kapital xərclərin idarə edilməsi, mühəndislik, tikinti və ya sənaye layihələrinin icrası üzrə minimum 5 il, o cümlədən layihə nəzarəti və ya portfel koordinasiyası üzrə ən azı 3 il müstəqil iş təcrübəsi;
• Sement, mədənçıxarma, energetika, neft-qaz, istehsalat və ya digər ağır sənaye sahələrində təcrübə üstünlükdür;
• PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetməsi üzrə təlimdə iştirak və ya sertifikatın olması üstünlükdür;
• Büdcə hazırlanması prosesi, xərclərin hesablanması, proqnozlaşdırma, tenderlərin qiymətləndirilməsi, müqavilə və dəyişikliklərin idarə edilməsi üzrə biliklər;
• Excel və PowerPoint üzrə yüksək, MS Project və/və ya Primavera P6 üzrə yaxşı biliklər; ERP, Power BI, AutoCAD/CAD və sənəd idarəetmə sistemləri üzrə təcrübə üstünlükdür;
• Yüksək səviyyədə ingilis dili biliyi; türk və/və ya rus dillərində ünsiyyət bacarığının olması üstünlükdür;
• Layihə və istehsalat həyata keçirilən sahələrdə, həmçinin planlı təmir dayanmaları fəaliyyətlərində iştirak etməyə və ezamiyyətlərə hazır olmaq.
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
• CAPEX layihələrinin illik və uzunmüddətli planlaşdırılması, qiymətləndirilməsi, prioritetləşdirilməsi və portfel üzrə koordinasiyasını həyata keçirmək;
• Layihələrin texniki və iqtisadi əsaslandırılmasını, investisiya təkliflərinin, büdcə və icra planlarının hazırlanmasını koordinasiya etmək;
• Layihələrin büdcə, xərc, pul axını, qrafik və icra göstəricilərinə nəzarət etmək, kənarlaşmaları vaxtında müəyyənləşdirmək;
• CAPEX layihələrinin şirkətin təsdiq edilmiş prosedurları, daxili nəzarət və layihə idarəetmə tələblərinə uyğunluğunu təmin etmək;
• Tenderlərin hazırlanması və qiymətləndirilməsi, podratçı seçimi, müqavilə və kommersiya proseslərində iştirak etmək;
• Layihələrin icrasını, podratçı fəaliyyətini, riskləri, dəyişiklikləri, texniki məsələləri, SƏTƏM və keyfiyyət tələblərini idarə etmək;
• Layihə sponsorları, Maliyyə, Satınalma, SƏTƏM, texniki şöbələr və podratçılar arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;
• Layihələrin istismara verilməsi, təhvil-təslimi və texniki-kommersiya baxımından bağlanmasını koordinasiya etmək;
• CAPEX portfeli üzrə rəhbərliyə büdcə, proqnoz, icra vəziyyəti, risklər və əsas qərarlar barədə dövri hesabatlar təqdim etmək;
• CAPEX proseslərinin, hesabatlılığın və layihə idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.
Biz nə təklif edirik:
• Könüllü tibbi sığorta
• Servis avtobusu
• Şəxsi və peşəkar inkişaf imkanları
• İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
• İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
• Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 03.08.26