Hazırda şirkətimizvakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Balaxanıda yerləşən Beton zavodu
Tələblər:
- Orta təhsil;
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- Zavodda ümumi ərazilərin, yeməkxananın, ofislərin və yaşayış binalarının təmizlənməsi və səliqəli saxlanılması
- Zibil qutularını müntəzəm olaraq boşaltmaq və tullantıların düzgün idarə olunmasını təmin etmək;
- Elektrik, su və digər mühəndis kommunikasiyalarında kiçik nasazlıqların aradan qaldırılmasına dəstək vermək və lazımi hallarda texniki heyətə məlumat vermək;
- Sadə təmir işlərinə (məsələn, qapıların düzəldilməsi, boruların sızmasının qarşısını almaq, ampüllərin dəyişdirilməsi) kömək etmək;
- Təmir, təchizat və digər məqsədlər üçün materialların daşınması, anbarlanması və paylanması;
- Düşərgədə zibillərin toplanması və müəyyən olunmuş yerlərə daşınması;
- Gələn təchizatların boşaldılması, saxlanılması və lazım olan bölmələrə çatdırılması;
- Düşərgədə iş zamanı təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etmək, fövqəladə hallar zamanı prosedurları yerinə yetirmək;
- İş prosesində istifadə olunan alət və avadanlıqların təmiz saxlanılması və qaydalara uyğun istifadəsi;
- Mümkün lazım olan digər köməkçi işlərdə iştirak etmək;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq müxtəlif əlavə işlərin görülməsi.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.