İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Maliyyə və iqtisad sahəsində ali bakalavr təhsili
- 3 il iş təcrübəsi
- MS Office komputer proqramı üzrə bacarıqlar
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Daxil olan bütün sənədləri, o cümlədən çatdırılma barədə qeyd, qablaşdırma siyahısı, gömrük sənədlərini daxili prosedurlara uyğun olaraq yoxlamaq və maliyyə şöbəsinə təqdim etmək
- Malların qəbul qəbzləri /buraxılış qəbzləri və qəbul aktlarının satınalma və mühasibatlıq üzrə (SAP) proqram təminatının məlumat bazasından istifadə etməklə qeydə alınması
- Göndərilən, qəbul edilən və anbarda saxlanan mallar və ehtiyat hissələr barədə qeydlərin yenilənməsi
- Malların qeydiyyatı üzrə məlumat bazasının yaradılması və malların təsnifatının sistem kataloqunun tərtib edilməsi
- Mal-materiallarla əlaqədar müxtəlif hesabatların hazırlanması
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi və illik auditlərə hazırlıq
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.