Avtoyükləyici operator (palet)

  • Истекает 18 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda şirkətimizə Avtoyükləyici operator (palet) vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

Tələblər:

  • Orta təhsil;
  • Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Ünsiyyət bacarığı;
  • MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır.

Vəzifə və Öhdəliklər:

  • Paletlərin qəbulu zamanı keyfiyyətinin yoxlanması, paletlərin təmiri, seçilməsi və düzgün yığılması, təkrar istifadə olunacaq paletlərin seçilməsi və yoxlanılması;
  • Təmir olunan paletlərin qeydiyyatının aparılması, Palet anbarına nəzarət, paletlərin paletləmə bölümünə daşınması və nizamlı yığılması, Palet və digər materialların avadanlıqlara nizamlı yerləşdirilməsi;
  • Dülgərlik üzrə avadanlıqlardan istifadə, Paletlemə və ətrafın ümumi təmizliyini təmin edilməsi;
  • Yükləmə və boşaltma işini paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
  • Paketləmə bölümündə daşıma, yükləmə işlərinin yerinə yetirilməsi, Paketləmə bölümü ilə əlaqədar digər işlərin yerinə yetirilməsi;
  • Yükləmə zamanı meydana gələbiləcək yırtılmış paketlərin ayrılması;
  • İş zamanı fərdi təhlükəsizliyin təmin edilməsi, bütün məcburi FMV-dən istifadə olunması;
  • Təhlükəsizlik strategiyası, təlimatları və prosedurlarına əməl olunmasının təmin edilməsi;
  • Qəzalar və təhlükəli hallar barədə hesabat verilməsi, təyin edildiyi halda qəzaların və təhlükəli halların araşdırılması qruplarının işində iştirak etmək;
  • İş icazəsi proseduruna ciddi əməl etmək, elektrik cərəyanı altında işləməmək və iş görülməsinə yol verməmək, işə salma və bloklama proseduruna ciddi əməl etmək;
  • Təhlükəsiz davranma və ya təhlükəsiz hallarda ərazidə işləri dayandırmaq səlahiyyətinə malikdir;
  • Forklifti təhlükəsizlik və idarə etmə qaydalarına uyğun şəkildə idarə etmək, forkliftin tutumuna uyğun şəkildə istifadəsi;
  • Ehtiyac olduqda (Nəqliyyat işləri üzrə nəzarətçinin icazəsi olarsa) zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;
  • Forkliftin planlı olaraq yoxlanılması, təmiri və təmizliyini təmin etmək. Baş verən nasazlıqla bağlı rəhbərliyi məlumatlandırmaq, texnikanın servisi gəldiyi zaman problemləri ətraflı izah etməli və servisin gördüyü işə nəzarət etməli;
  • Ərazidə baş verən problemlər barədə Nəqliyyat işləri üzrə məsul şəxsə məlumat verilməsi. Nəqliyyat işləri üzrə məsul şəxsə məlumat vermək mümkün olmadıqda növbə rəisinə məlumat vermək lazımdır;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily9
  • Weekly708
  • Monthly1092