İş yeri: Balaxanıda yerləşən beton zavodu
Tələblər:
- Orta texniki təhsil;
- Elektrik paylayıcı sistem və enerji cihazları;
- Elektrik qoruyucuları;
- Elektrik və Elektronik avadanlıqların iş prinsipi;
- Mexaniki avadanlıqların təmiri;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.
Vəzifə və Öhdəliklər:
- Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi;
- Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi;
- Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası;
- İş əmrlərinə əsasən elektrik və elektronik təmir və ya montaj işlərinin icrası;
- Avadanlıqların fasiləsiz və yüksək keyfiyyətli işini, bunun üçün onların təlimata uyğun quraşdırılması və xidmətini aparılması;
- Polad və metal konstruksiyalarda bütün qaynaq işlərinin görülməsi;
- Kəsmə işlərində oksigen-propan və asetilen istifadəsinə nəzarət;
- Tikinti meydançasında və sexlərdə istehsal işlərinin icrası;
- Zəncirli qaldırıcı blok və s. qaldırıcı qurğulardan istifadə edərək hansısa işlərin həyata keçirilməsi;
- Cilalayan, dəlikaçan və s. mexaniki və elektrik əl alətlərindən istifadəyə görə cavabdehlik;
- Mexaniki təmirlərdən sora iş yerlərinin təmizlənməsi və tullantıların öncədən təyin olunmuş sahəyə yerləşdirmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.