İş yeri: Qaradağda yerləşən zavod ofisi (müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Hüquq, maliyyə, biznes idarəçiliyi və ya əlaqəli bir sahə üzrə bakalavr dərəcəsi.
- Audit, Risklərin və ya Uyğunluq (compliance) proqramının idarə edilməsi üzrə 4-5 il davamlı təcrübəsi olanlara üstünlük verilir
- İngilis dilinin yüksək səviyyədə biliyi
- Bütün səviyyəli rəhbərlik və işçi heyəti ilə işləmək, ən yüksək məxfilik dərəcəsini qorumaq və son tarixləri qarşılamaq bacarığı
- ABMS Lead Auditor sertifikatı olması arzu olunandır
- MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı
Əsas vəzifə və öhdəliklər:
- Effektiv uyğunluq proqramını yaratmaq, tətbiq etmək və idarə etmək
- Uyğunluq proqramı ilə qanunun, qaydaların, təşkilat siyasətlərin və “Davranış Kodeksi/Rüşvət və Korrupsiya Əleyhinə” siyasətinin pozulmasının effektiv şəkildə qarşısının alınmasını və/və ya aşkarlanmasını təmin etmək.
- Uyğunluq proqramını müntəzəm olaraq nəzərdən keçirmək ,Rəhbərliyə və Direktorlar Şurasına (potensial uyğunluğa dair risk sahələri üzrə məsləhət vermək də daxil olmaqla) müvafiq düzəliş və dəyişiklikləri tövsiyə etmək
- Uyğunluq proqramının davamlı effektivliyini təmin etmək üçün resursların koordinasiya edilməsini təmin etmək
- Bütün işçilər, könüllülər, müştərilər və vendorlar üçün əlçatan olan (anonim telefonla məlumat vermə sistemi də daxil olmaqla) şəffaf, açıq və təqibi olmayan hesabat vermə kanallarını tətbiq və idarə etmək
- Təşkilatla işləyən bütün işçilər, agentlər, podratçılar və ya digərləri üçün maarifləndirici sessiyaların ildə ən az bir dəfə keçirilməsini təmin etmək
- Yeni işə cəlb olunmuş əməkdaşlara Uyğunluq və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində maarifləndirici sessiyaların keçirilməsini təmin etmək
- İşçilər, agentlər, podratçılar və ya təşkilatla işləyən digər şəxslər tərəfindən qanunsuz, qeyri-etik və ya düzgün olmayan davranışların, əhəmiyyətli hallarının daxili nəzarət mexanizmləri ilə qarşısını almaq, aşkar etmək və araşdırma aparmaq
- Sistemin idarəetmə və ya digər həssas və/və ya məsul vəzifələrdə irəli çəkilən və ya işə götürülən şəxslərin təyin olunan məsuliyyət sahələrində qanun və qaydaları pozmağa və ya qeyri-etik davranışa meyl etmədiyini əsaslandırmaq üçün təsir mexanizmlərin olmasını təmin etmək.
- Siyasət, prosedur, performans qiymətləndirmə və/və ya təşviq proqramlarına giriş və/və ya istiqamət vermək
- “Rüşvət Əleyhinə İdarəetmə” 37001 standartına uyğun sənədləşmə sistemini inkişaf və təqib etmək
- Düzəldici fəaliyyət planlarının hazırlanması da daxil olmaqla, uyğunluq proqramının yaratdığı araşdırmalara və digər məsələlərin həllinə və tətbiq olunmasına nəzarət etmək
- Uyğunluğa dair göndərilən bütün məsələləri izləmək
- Rəhbərliklə məhsuldar iş əlaqələrini inkişaf etdirmək
- Direktorlar Şurasına uyğunluq proqramı haqqında dövri və illik hesabatların təqdim edilməsini təmin etmək
- Rəhbərlik və Direktorlar Şurası tərəfindən təsdiq edildikdən sonra uyğunluq planına edilən bir yeniləmənin tətbiqini təmin etmək
- Uyğunluq proqramını əhatə edən mövzularda Baş İcraçı Direktora və Norm-un Etika və Uyğunluq Komitəsinə müntəzəm olaraq hesabat vermək. Əlavə olaraq, uyğunluq üzrə məsul işçi tərəfindən öz mülahizəsinə aid məsələlər barədə Direktorlar Şurasına və Baş İcraçı Direktora müntəzəm olaraq hesabat vermək
- Hüquqi və etik qaydada öhdəliklərini yerinə yetirmək üçün tənzimləyici məsələlər və tələblər üzrə rəhbərliklə işləmək.
- Bütün müqavilələrdə Uyğunluq və rüşvətxorluğa qarşı mübarizəyə dair müvafiq müddəaların əlavə edilməsini təmin etmək
- Etika və Uyğunluq Komitəsinin müvafiq gündəmlərinin, hesabatlarının və məlumatlarının hazırlanması da daxil olmaqla, Etika və Uyğunluq Komitəsini təmsil etmək
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.