Hazırda şirkətimizə Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
· Ekologiya, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
· Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
· Azərbaycanın ekoloji qanunvericiliyi və normativ tələbləri, həmçinin ISO 14001 standartı üzrə biliklər.
· Ekoloji monitorinq, icazələr və dövlət hesabatlılığı üzrə praktiki biliklər.
· Atmosfer emissiyaları, tullantılar, su və çirkab sularının idarə edilməsi, ekoloji risk və aspektlərin qiymətləndirilməsi üzrə biliklər.
· Sement istehsalının ekoloji aspektləri üzrə biliklərin olması üstünlükdür.
· İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı.
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin izlənilməsi, şirkətdə və törəmə müəssisələrdə uyğunluğun qiymətləndirilməsi.
· Ekoloji icazələrin alınması və yenilənməsinin koordinasiyası, dövlət orqanlarına ekoloji hesabatların təqdim edilməsi.
· Dövlət ekoloji yoxlamalarında iştirak, tələb olunan sənədlərin hazırlanması və yoxlama nəticələri üzrə tədbirlərin koordinasiyası.
· Atmosferə emissiyaların uçotu və monitorinqi, nəticələrin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi.
· Emissiyaların və tozlanmanın azaldılması üzrə təkliflərin hazırlanması və icrasının izlənilməsi.
· Təhlükəli və təhlükəsiz tullantıların uçotuna, idarə edilməsinə və bu sahədə podratçıların fəaliyyətinə nəzarət.
· Tullantıların azaldılması, təkrar emalı və resurslardan səmərəli istifadə üzrə təkliflərin hazırlanması.
· Su istifadəsinin və çirkab suların idarə edilməsinin izlənilməsi, çirklənmənin qarşısının alınması üzrə tədbirlərin koordinasiyası.
· ISO 14001 üzrə Ətraf Mühitin İdarəetmə Sisteminin saxlanılması və təkmilləşdirilməsində iştirak, ekoloji aspekt və risklərin qiymətləndirilməsi.
· Törəmə müəssisələrdə Ətraf Mühitin İdarəetmə Sisteminin tətbiqinin koordinasiyası və məsul şəxslərə metodiki dəstək.
· Planlı və növbədənkənar ekoloji yoxlamaların aparılması, uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin izlənilməsi.
· Ekoloji insidentlərin araşdırılmasında, fövqəladə hallara hazırlıqda və təlimlərdə iştirak, işçilərin ekoloji məlumatlandırılmasına dəstək.
· Ekoloji məqsəd və hədəflərin müəyyən edilməsində, daxili və xarici auditlərə hazırlıqda iştirak.
· Yeni layihələrin və istehsalat dəyişikliklərinin ekoloji qiymətləndirilməsində, o cümlədən ƏMTQ proseslərində iştirak.
· Podratçıların və xidmət təminatçılarının fəaliyyətinin ekoloji tələblərə uyğunluğuna nəzarət.
· Ətraf mühit üzrə əsas performans göstəricilərinin toplanması və təhlili, rəhbərlik, dayanıqlı inkişaf və GHG/MRV hesabatları üçün məlumatların hazırlanması.
Biz nə təklif edirik:
· Könüllü tibbi sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 31.10.26