Hazırda şirkətimizə İnformasiya Texnologiyaları üzrə köməkçi tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- İnformasiya Texnologiyaları sahəsində ali bakalavr təhsili
- Əlaqədar vəzifədə 1-2 il iş təcrübəsi
- Yüksək səviyyədə ingilis dili biliyi
- Rus dili biliyi arzu olunandır
- Windows Əməliyyat Sistemlərinin quraşdırılması və sazlanması üzrə bacarıqlar
- Proqram Təminatlarının, Antivirusların yüklənməsi üzrə bacarıqlar
- İnternet, Ethernet, Wi-Fi və Lokal Şəbəkə prinsipləri və sazlanması üzrə bilik və bacarıqlar
- Kabellərin sonlandırılması barədə bacarıqlar (rj45, patch-panel və data yuvasına və s.)
- Periferik avadanlıqların quraşdırılması və sazlanması (printer, skaner və s.) bacarıqları
- DVR və NVR sistemləri haqqında biliklər
- CISCO, CCENT, CCT və ya MCDST sertifikatlarının olması üstünlükdür
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- İT sistemlərlə bağlı daxili sorğuların qəbul edilməsi, identifikasiyası, tipinə görə müəyyən edilməsi
- İşçi stansiyalarda yaranan problemlərin ilkin olaraq aradan qaldırılmasına dəstək
- Texniki sualların cavablandırılması və istifadəçilərə dəstək
- Service Desk sistemindəki müvafiq sorğuları vaxtında icra etmək;
- Yeni kompüter avadanlığı və proqramlarının quraşdırılması və konfiqurasiyası
- İstifadəçilərə şəbəkədə işləməyi, arxivlərin aparılmasını öyrədir; şəbəkədə işləməklə bağlı istifadəçilərin suallarına cavab verir; şəbəkə proqram təminatı ilə iş üzrə təlimatlar tərtib edir və onların istifadəçilərin nəzərinə çatdırır
- Şəbəkəyə qoşulmuş printerlərə və digər cihazlara texniki qulluq
- Antivirus proqramının dövri olaraq yenilənməsi və işlək vəziyyətdə saxlanması
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və ISO 50001 standartlarına uyğun sənədlərin tətbiqi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.