Hazırda şirkətimizə İnsan Resursları üzrə Kiçik Biznes Tərəfdaşı tələb olunur.
İş yeri/formatı: Hibrid (zavod və şəhər ofisindən iş, həmçinin evdən işləmə imkanı)
Tələblər:
- İnsan Resursları, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- İşə qəbul və/və ya Təlim və İnkişaf sahəsində 1–3 il iş təcrübəsi;
- Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
- İngilis dilini yazılı və şifahi şəkildə yaxşı səviyyədə bilmək;
- MRP (ERP) sistemləri və ya təlim platformaları ilə işləmə təcrübəsinin olması üstünlükdür;
- Microsoft Office proqramlarında (Excel, PowerPoint, Word) işləmə bacarığı.
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· Vakansiyaların yerləşdirilməsi və namizədlərin axtarışının həyata keçirilməsinə dəstək göstərmək;
· Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və koordinasiyası, eləcə də müəyyən vəzifələr üzrə seçim prosesini həyata keçirmək;
· Yeni əməkdaşların adaptasiya prosesini koordinasiya etmək və iş mühitinə səmərəli uyğunlaşmasının təmin olunmasına töhfə vermək;
· Təlim və inkişaf ehtiyaclarının təhlilində iştirak etmək və şirkətin ehtiyaclarına uyğun illik təlim planının hazırlanmasına dəstək göstərmək;
· Təlimlərin təşkili və həyata keçirilməsinə, o cümlədən iştirakçı koordinasiyası, kommunikasiya və inzibati proseslərin icrasına dəstək göstərmək;
· Xüsusi inkişaf proqramlarının icrasında iştirak etmək və rəqəmsal təlim platformalarının idarə edilməsinə dəstək göstərmək;
· Təlim iştirakının izlənilməsi və müvafiq təlim qeydlərinin aparılması;
· Müxtəlif göstəricilər üzrə hesabatların hazırlanması və izlənilməsini həyata keçirmək;
· Ehtiyac yarandıqda digər əlaqəli insan resursları proseslərinin icrasına dəstək göstərmək;
Biz nə təklif edirik:
· Könüllü tibbi sığorta
· İş yerinə nəqliyyat (servis) xidməti
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləriVakansiyanı dərc et
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.