Hazırda şirkətimizə İri müştərilər üzrə satış təmsilçisi tələb olunur.
Tələblər:
- İqtisadiyyat, Menecment və ya Marketinq üzrə ali təhsil
- Satış və ya iri müştəri idarəetməsi sahəsində minimum 3-5 il iş təcrübəsi
- İngilis dili biliyi və MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Sement və beton istehsalı üzrə texniki biliklər
- Korporativ satış prosesləri, müqavilə idarəetməsi və kredit risklərinin idarə olunması sahəsində biliklər
- Müştəri əlaqələrinin effektiv idarəedilməsi (səhmdarlar və əsas müştərilərlə əlaqələrin inkişafı, müştəri məmnuniyyətinin davamlı monitorinqi)
- Analitik düşüncə və yüksək təqdimat bacarığı
- Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
- Sənaye standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- İri müştərlərlə müntəzəm surətdə əlaqələrin saxlanması , məlumatların toplanması və hesabat verilməsi
- Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm surətdə rəylərin toplanması
- İri müştərilərə NORM-un əsas hədəfləri, yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi
- Korporativ iri müştərilərin biznes fəaliyyətinin monitorinqi
- İri Müştəri kreditlərinin risklərinin monitorinqi və məlumatların əldə edilməsi
- İri Müştərilərlə müqavilələrin monitorinqi
- Korporativ bazarın monitorinqi və yeni korporativ İri müştərilərin cəlb edilməsi
- İri müştərilərin diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması
- Yeni İri müştərilərin cəlb edilməsi
- İri müştərilərə yeni məhsulların və həll yollarının təqdim edilməsi
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.