İstehsalat hesabatları üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat hesabatları üzrə kiçik mütəxəssis

  • Deadline 23 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə İstehsalat hesabatları üzrə kiçik mütəxəssis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər: 

  • Ali bakalavr təhsili 
  • İngilis dili biliyi
  • Güclü analitik düşüncə
  • Yükəsk səviyyədə MS Excel biliyi

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • İstehsal və istehlak göstəriciləri üzrə günlük, aylıq və illik hesabatların hazırlanması
  • İstehsalat büdcə planı ilə reallaşan iş arasında fərqlər barədə açıqlamaların hazırlanması 
  • SAP məlumat bazasına istehsal və istismar olunan malların, həmçinin  yanacaq və elektrik enerji sərfiyyatı və digər fiziki parametrlərin daxil edilməsi 
  • Aylıq Texniki Performans iclasının təşkil edilməsi və istehsalat şöbəsinə aid təqdimatın hazırlanması
  • SAP məlumatlar bazasındə tələb olunan sifarişlərin yaradılması
  • İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlanması
  • İstehsalat şöbəsinin büdcəsinə daxil ediləcək məlumatların xərc kateqoriyası (əməliyyat və ya kapital) üzrə ayrılması və hesabatın hazırlanması
  • İstehsal mallarının SAP məlumat bazasında anbarındakı miqdarına nəzarət edilməsi
  • Podratçı şirkətlərdə fəaliyyət göstərən işçilərlə əlaqədar hesabatın tərtibi
  • Təmizlik şirkətinə aid işçilərin aylıq davamiyyətinin izlənilməsi və müvafiq hesabatın tərtibi
  • Hesabat sənədlərinin  müvafiq qovluqda toplanması
  • APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Biz nə təklif edirik:

  • Korporativ tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Unikal imtiyazlar paketi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily101
  • Weekly208
  • Monthly2496