İstehsalat üzrə Nəzarətçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsalat üzrə Nəzarətçi

  • Истекает 22 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hazırda şirkətimizə İstehsalat üzrə Nəzarətçi vakansiyası üzrə namizəd axtarılır.
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)

Tələblər:

  • Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) təhsili;
  • Əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Əlaqəli sahə üzrə ən azı 1 il,  ümumi 3 il iş təcrübəsi; 
  • MS Office komputer proqramı üzrə bacarıqlar.

Vəzifə və Öhdəliklər:

  • İstehsal planlarının hazırlanması;
  • İstehsal planına uyğun xammal və materialların tədarükü (sifariş) ilə bağlı planların hazırlanması;
  • İstehsal planına uyğun növbəli iş rejiminin təşkili;
  • Xammal və materialların qəbul edilməsi zamanı keyfiyyət və kəmiyyət göstəricilərinə nəzarət edilməsi və istehsala verilməsinin təşkil edilməsi;
  • İstehsalda texniki xidmətin təşkili və icrasının idarə edilməsi;
  • İstehsal və planlaşdırma ilə bağlı zavod əməliyyatlarına səmərəli nəzarətin təşkil edilməsi;
  • İstehsaldan hazır məhsulun yüklənməsinə qədər istehsalın bütün sahələrində keyfiyyət və təhlükəsizlik standartlarının qorunması;
  • Şirkət siyasətinə uyğun olaraq işçilərin işə götürülməsi, müvafiq təlimlərin təşkili, istiqamətləndirilməsi, məsləhətlərin verilməsi və məsuliyyətlərin bölgüsü;
  • İstehsalatın ətraf mühitə zərərli təsirinin azaldılması;
  • İstehsal avadanlıqlarının və kommunikasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması və təhlükəsiz istismarının təmin edilməsi;
  • Ehtiyat hissələri, materiallar və enerji resurslarına edilən xərclərin  azaldılması və ya optimallaşdırılması məqsədilə texniki xidmətin  planlaşdırılması və icrasının təşkili;
  • İş yerlərində əməyin mühafizəsi qaydalarını, tabeçiliyində olan personalın SƏTƏMM üzrə təlimatları, texniki təhlükəsizlik tələblərini bilməsi və yerinə yetirməsinin, onların pozulması hallarının olmamasının, istehsalat travmatizminin olmamasının təmin edilməsi;
  • Qurğu və avadanlıqların iş prinsipini bilmək və düzgün qaydada istismar etmək;
  • Texnoloji prosesin tələblərinə riayət etmək;
  • İstehsal sahəsində və zavod ərazisində hər hansi bir qurğuda yaranmış nasazlıq barəsində rəhbərliyə məlumat vermək;
  • Təsdiq olunmuş reseptura əsasində keyfiyyətli məhsulun istehsalı;
  • Keyfiyyətə nəzarət məqsədilə laborator analizlərin aparılmasının təşkili və analizlərin nəticələrinə əsasən qabaqlayıcı tədbirlərin görülməsi;
  • Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin  və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi.
  • Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
  • İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
  • Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsinə nəzarət;
  • Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;
  • Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;
  • Daxili əmək intizamı qaydalarına riayət etmək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily89
  • Weekly453
  • Monthly1710