Hazırda şirkətimizə İT üzrə Sistem Administratoru axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Microsoft 365 (Exchange Online, Teams, SharePoint) xidmətlərinin idarə edilməsi;
- Hibrid Exchange mühitinin dəstəklənməsi (on-premises və buludda);
- İstifadəçi hesabları, icazələr və siyasətlər daxil olmaqla Active Directory-inin idarə edilməsi;
- Virtual infrastrukturun (VMware / VxRail) qorunması və dəstəklənməsi;
- Sistemin performansının, mövcudluğunun və tutumunun izlənilməsi;
- Sistem və xidmət insidentlərinin aşkar edilməsi və aradan qaldırılması;
- Help Desk komandası ilə əməkdaşlıq edərək eskalasiya olunmuş və mürəkkəb istifadəçi problemlərinin (L2/L3 səviyyəsi) vaxtında həll edilməsi;
- Kibertəhlükəsizlik nəzarət mexanizmlərinin tətbiqi və saxlanmasına dəstək verilməsi, o cümlədən MFA konfiqurasiyası və endpoint-in qorunması (EDR);
- VPN, firewall və Wi-Fi daxil olmaqla şəbəkə infrastrukturunun idarə edilməsi və problemlərin aradan qaldırılmasına dəstək verilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
- İT və ya əlaqəli sahə üzrə ali təhsil
- Sistem administrasiyası sahəsində minimum 3–5 il iş təcrübəsi
- Microsoft 365 (Exchange Online, Teams) və Active Directory üzrə təcrübə
- GPO, Microsoft Entra ID (Azure AD) və hibrid identifikasiya (on-prem + cloud) üzrə biliklər
- MFA və identifikasiya təhlükəsizliyi siyasətləri üzrə təcrübə
- Windows Server administrasiyası və virtuallaşdırma platformaları (VMware üstünlükdür) üzrə biliklər
- TCP/IP, DNS, DHCP, VPN üzrə praktiki biliklər
- Routing, switching və Cisco şəbəkə avadanlıqları ilə iş təcrübəsi
- Şəbəkə problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı
- Girişə nəzarət, istifadəçi səlahiyyətləri və endpoint təhlükəsizliyi (EDR) üzrə anlayış
- Email təhlükəsizliyi riskləri barədə məlumatlılıq
- Əla səviyyədə ingilis dili
- Rus dili biliyi üstünlükdür
Tələb olunan kompetensiyalar
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.