İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)
Tələblər:
- Kimya və ya Tikinti materialları sahəsində bakalavr dərəcəsi;
- Əlaqədar vəsifə üzrə 3 il iş təcrübəsi;
- İdarəetmə Sistemləri (ISO 9001, 14001, 45001) üzrə təcrübə;
- Daxili auditor (İSO 9001) sertifikatı;
- İngilis dili arzuolunandır;
- MS Office komputer proqramı üzrə bacarıqlar
Vəzifə və Öhdəliklər:
- Quru qarışıqlar istehsalında istifadə olunan analiz metodlarının standarta uyğun düzgün tətbiq olunmasına nəzarət;
- Yeni analiz metodları ilə bağlı məlumatlar toplamaq və effektiv olanlarının laboratoriyadaki tətbiqini təşkil etmək;
- Cihazlarda aparılan analizlərin düzgünlüyünə nəzarət etmək, illik yoxlanmasını təşkil etmək və nasazlıq zamanı istehsal prosesinin idarə olunması üçün laborantlara alternativ analiz metodlarından istifadəni təmin etmək;
- Standart məhlul və maddələrin Təhlükəsizlik Məlumat Formlarında qeyd edilən tələblərə əsasən saxlanılmasına nəzarət etmək;
- Aparılan analiz metodlarında istifadə olunan materialların illik büdcəsini təyin etmək;
- Aparılan analiz metodlarında istifadə olunan materialların anbardakı miqdarına uyğun olaraq sifarişini təmin etmək, tələblərə əsasən yeni cihazların sifariş verilməsi;
- Aparılacaq analizlər üçün Laboratoriyaya təqdim olunan nümunələrin analiz ardıcıllığını planlamaq;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının müvafiq standartların tələbinə uyğun dəqiq yerinə yetirilməsinə nəzarət;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının təlimata uyğun şəkildə aparılmasında istifadə olunan cihaz və alətlərin düzgünlüyünün yoxlanmasına nəzarət;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqlarının aparılmasında istifadə olunan cihaz, materialların və ehtiyyat hissələrinin illik büdcəsini təyin etmək;
- Laboratoriyaya təqdim olunmuş yeni xammal nümunələrinin laboratoriyadakı ilkin sınaqlarının aparılmasına nəzarət və nəticələrin hesabatını hazırlamaq;
- Məhsulun kimyəvi və fiziki-mexaniki sınaqları ilə bağlı məlumatları toplamaq və yeni, daha effektiv, metodların laboratoriyada tətbiqini təşkil etmək;
- Laboratoriyanın fəaliyyəti ilə əlaqəli həftəlik, aylıq və illik hesabatlarının hazırlanması;
- Analizlər zamanı uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif etmək;
- İstehsal prosesinə nəzarət edir və məhsulun keyfiyyətini artırmaq üçün lazım olan səmərələşdirici tədbirlər barədə təkliflər hazırlamaq;
- Məhsul keyfiyyətindəki uyğunsuzluqları aşkar etmək, səbəbini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər təklif etmək;
- Laboratoriyaya həvalə olunmuş avadanlıqların, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarına nəzarət;
- Standartları daim izləmək və təklif olunan yeni metodların tətbiqini təşkil etmək;
- ISO 9001, 14001, 45001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
- Məhsulun keyfiyyət standartlarının izlənilməsi, dəyişikliklərə uyğun olaraq proseslər və sənədlərin yenilənməsi;
- Məhsulun qablaşdırma və keyfiyyət standartlarına uyğun istehsalına nəzarət;
- İstehsal prosesinə nəzarət edir və məhsulun keyfiyyətini artırmaq üçün lazım olan səmərələşdirici tədbirlər barədə təkliflər hazırlamaq;
- Şöbənin iş qrafikinin, məzuniyyət planının hazırlanması;
- Şöbədəki işçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlər keçirilməsi;
- Qablaşdırılmış məhsulların keyfiyyətini yoxlamaq, vizual görünüş və ölçü standartlarına uyğunluğuna nəzarət;
- Qüsurlu məhsulları ayırmaq və qeydiyyata almaq;
- İş yerlərinin, avadanlıqların və ətraf mühitin təmiz və sanitariya qaydalarına uyğun saxlanılmasına nəzarət;
- Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
- Şöbəyə həvalə olunmuş avadanlıqların, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarına nəzarət;
- İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
- Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsinə nəzarət;
- Daxili əmək intizamı qaydalarına riayət etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.