Norm OJSC Norm OJSC
  • 123

Layihə İnşaat Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə İnşaat Mühəndisi

  • Deadline 27 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə Layihə İnşaat Mühəndisi tələb olunur.

 

Vəzifənin məqsədi: Bu vəzifə zavod ərazisində həyata keçirilən tikinti layihələri ilə yanaşı, şirkətin strateji layihələrinin icra olunduğu ərazilərdə də inşaat işlərinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərilməsini nəzərdə tutur.

 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

 

Tələblər: 

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür;
  • Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları;
  • Yaxşı səviyyədə İngilis dili biliyi.

 

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik

 

Əsas vəzifə və öhdəliklər:

·       Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək;

·       Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək;

·       Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək;

·       Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq;

·       Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək;

·       Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək;

·       Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək;

·       Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;

·       Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək;

·       Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək;

·       Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək;

·       Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq;

·       Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək.

 

Biz nə təklif edirik:

·       Könüllü tibbi sığorta

·       Servis avtobusu

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

·       Digər imtiyazlar

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

CV-lərin təqdim olunması üçün son tarix: 25.09.26

  • Daily1
  • Weekly254
  • Monthly1349