Hazırda şirkətimizə Sement ÜyütməTerminalının tikintisi və istismara verilməsi layihəsi üçün Layihə Rəhbəri axtarılır.
Tələblər:
- Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;
- Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə olunması üzrə təcrübə;
- Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq iş təcrübəsinə malik olmaq üstünlükdür;
- Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma, tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;
- PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;
- EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə biliklər;
- FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;
- MS Project və/və ya Primavera P6 proqramlarında işləmək bacarığı;
- MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;
- Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə biliklər;
- İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı.
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
· Layihələrin planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;
· Layihənin əhatə dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə etmək;
· Layihə icra planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və icrasını təmin etmək;
· Layihə büdcəsinə, qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;
· Satınalma strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə olunmasına rəhbərlik etmək;
· Podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;
· Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək;
· Layihələrin icra vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
· Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;
· Çoxfunksiyalı layihə komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və inkişafını dəstəkləmək;
· Layihələrin istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək.
Biz nə təklif edirik:
· Könüllü tibbi sığorta
· İş yerinə çatdırılma
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 06.07.26