İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
- İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili
- 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi
- İngilis dili biliyi
- MS Office proqramlarında işləmək bacarığı
- Sement və beton istehsalı üzrə texniki biliklər
- Bazarın təhlili və araşdırılması üzrə təcrübə
- Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
- Sənaye standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması;
- Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi;
- Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi;
- Müştəri kreditlərinin, pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi;
- Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi;
- Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması;
- Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması;
- Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması;
- Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi;
- NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması;
- Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.