SƏTƏM Mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM Mütəxəssisi

  • Истекает 27 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Beton zavodu

Tələblər:

  • Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili;
  • Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Davamlı inkişaf;
  • Bütövlük;
  • Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri;
  • İSO 45001; İSO 9001; İSO 14001 standartlarının tələblər ;
  • Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar;
  • Sanitariya və Gigiyena qaydaları.

Vəzifə və Öhdəliklər:

  • Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
  • OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirilməsinin təmini;
  • SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək;
  • Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi;
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi;
  • Zavodda SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatları;  
  • Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi;
  • İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi;
  • Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək. Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək;
  • Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
  • Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması;
  • Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
  • Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
  • Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
  • Zavodun fəaliyyəti nəticəsində meydana çıxan atmosfer tullantılarının Azərbaycanın ekoloji norma və standartlarına uyğun izlənilməsi;
  • Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly696
  • Monthly1519