Norm OJSC Norm OJSC
  • 330

SƏTƏM Nəzarətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM Nəzarətçisi

  • Deadline 31 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hazırda şirkətimizə SƏTƏM Nəzarətçisi tələb olunur.

 

 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

 

Tələblər: 

·      Texniki sahə üzrə ali təhsil.

·      Sağlamlıq və əməyin təhlükəsizliyi sahəsində ən azı 5 il iş təcrübəsi; sənaye müəssisələrində və komanda idarəetməsi təcrübəsinin olması üstünlükdür.

·      Azərbaycanın əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi qanunvericiliyi, həmçinin ISO 45001 standartı üzrə biliklər.

·      Risklərin qiymətləndirilməsi, PTW, LOTO, hadisələrin təhqiqatı və kök səbəb təhlili üzrə biliklər.

·      Fövqəladə hallara hazırlıq və yanğın təhlükəsizliyi üzrə biliklər; sement istehsalının təhlükəsizlik riskləri üzrə biliklər üstünlükdür.

·      Liderlik, analitik düşünmə, qərarvermə, effektiv ünsiyyət və komanda işi bacarıqları.

·      İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı.

 

Tələb olunan kompetensiyalar:

·      Müştəriyönümlülük

·      Bütövlük

·      Yenilikçilik

 

Əsas vəzifə və öhdəliklər:

·      Qanunvericilik, ISO 45001 və korporativ SƏTƏM tələblərinə uyğunluğu qiymətləndirmək, tədbirlərin icrasına nəzarət etmək.

·      SƏTƏM komandasının işini planlaşdırmaq, tapşırıqları koordinasiya etmək və komanda üzvlərinin inkişafını dəstəkləmək.

·      SƏTƏM siyasəti, prosedur və təlimatlarının hazırlanmasını koordinasiya etmək, məqsəd və hədəflərin müəyyən edilməsində iştirak etmək.

·      Planlı və növbədənkənar SƏTƏM yoxlamalarını təşkil etmək, uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək.

·      Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsini koordinasiya etmək, nəzarət tədbirlərinin effektivliyini qiymətləndirmək.

·      Yüksək riskli işlərin (hündürlükdə, qapalı sahələrdə, isti işlər, yükqaldırma, elektrik işləri) PTW və LOTO tələblərinə uyğun aparılmasına nəzarət etmək.

·      İşçilər, podratçılar və ziyarətçilər üçün SƏTƏM təlimləri və maarifləndirmə tədbirləri təşkil etmək.

·      Bədbəxt hadisə, xəsarət və az-qala hadisələrin araşdırılmasını koordinasiya etmək, düzəldici tədbirlərin icrasına nəzarət etmək.

·      Podratçıların SƏTƏM göstəricilərini izləmək və müqavilə öhdəliklərinə uyğunluğunu qiymətləndirmək.

·      Yanğın təhlükəsizliyi tələblərinə və yanğından mühafizə sistemlərinin yoxlanılmasına nəzarət etmək.

·      Fövqəladə hallara hazırlıq, təxliyə planları və təlim-məşqlərin təşkilini koordinasiya etmək.

·      Törəmə müəssisələrdə korporativ SƏTƏM tələblərinin tətbiqini koordinasiya etmək, məsul şəxslərə metodiki dəstək göstərmək.

·      Daxili və xarici auditlərə, dövlət yoxlamalarına hazırlığı koordinasiya etmək.

·      SƏTƏM üzrə əsas performans göstəricilərini,yoxlama nəticələrini təhlil etmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək.

·      Təhlükəsizlik mədəniyyətinin inkişafını və işçilərin SƏTƏM məsələlərində iştirakını təşviq etmək.

 

Biz nə təklif edirik:

·      Könüllü tibbi sığorta

·      Servis avtobusu

·      Şəxsi və peşəkar inkişaf imkanları

·      İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·      İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

·      Digər imtiyazlar

 

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

CV-lərin təqdim olunması üçün son tarix: 31.10.26

  • Daily116
  • Weekly448
  • Monthly1866