Vəzifə öhdəlikləri:
- Biznes prosesləri və istifadə ssenariləri üçün effektiv, ölçülə bilən və təkrar istifadə oluna bilən prompt-ların hazırlanması
- LLM-lərin (GPT, LLaMA və oxşar modellər) biznes kontekstinə uyğun davranışının təmin edilməsi
- AI assistant və daxili chatbot-lar üçün prompt arxitekturasının dizaynı
- AS-IS → TO-BE proseslərinə uyğun prompt əsaslı həllərin qurulması
- ERP və digər korporativ sistemlərə inteqrasiya olunan AI həlləri üçün prompt ssenarilərinin hazırlanması
- Hallusinasiyaların və kontekst itkisinin azaldılması üçün prompt nəzarət mexanizmlərinin tətbiqi
- Prompt performansının (dəqiqlik, uyğunluq, stabil cavab) test edilməsi və optimallaşdırılması
- Biznes analitiklər, IT komandası və istifadəçilərlə əməkdaşlıq
- Prompt kitabxanalarının və daxili istifadə qaydalarının hazırlanması
Tələblər:
- Prompt Engineering üzrə praktiki təcrübə
- GPT, LLaMA və oxşar böyük dil modelləri haqqında anlayış
- Strukturlaşdırılmış düşüncə və kompleks tapşırıqları kontekstə salmaq bacarığı
- Biznes və texniki komandalarla effektiv kommunikasiya bacarığı
- Analitik yanaşma və iterativ test mədəniyyəti
Üstünlüklər:
- Korporativ mühitdə AI assistant və chatbot layihələrində təcrübə
- ERP, BPM və proses avtomatlaşdırma layihələrində iştirak
- Multi-agent AI və workflow dizaynı bilikləri
- Data analitika və risk azaldılması yanaşmaları
Məktubun mövzusunda “AI sorğu mühəndisi (Prompt Engineer)” qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.