Baş mexanik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mexanik

  • Истекает 14 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını, onların saz vəziyyətdə, saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir, istehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir;
  • Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq;
  • İqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını; 
  • Tabeçiliyində olan işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası, əmək və istehsalat intizamı, istehsalat sanitariyası və yanğından mühafizənin, daxili əmək nizam-intizam qaydalarına və normalarına riayət edilməsinə nəzarət edir.

Namizədə Tələblər:

  • Ali və ya orta texniki təhsil (Avtomobil nəqliyyatı, mexanika, mühəndislik və ya müvafiq sahə üzrə)
  • Yük maşınları və ağır texnikaların təmiri sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Mexaniki nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması sahəsində praktiki bacarıqlar
  • Hidravlik, pnevmatik, elektrik və mexaniki sistemlərin iş prinsipini bilmə
  • Texniki diaqnostika avadanlıqları ilə işləmək bacarığı
  • Texniki sənədlərlə işləmək və texniki hesabatlar hazırlamaq bacarığı
  • Komandada işləmək və tabeçiliyində olan işçilərə nəzarət etmək qabiliyyəti
  • Ezamiyyətlərə getməkdə və açıq sahədə işləməkdə problem olmamalı
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək və fərdi mühafizə vasitələrindən istifadə vərdişi
  • Məsuliyyətli, operativ və intizamlı olmaq
  • Fiziki dayanıqlılıq və texnikaya qarşı diqqətli münasibət

Müraciət etmək üçün CV-nizi [email protected] və ya [email protected] elektron poçt ünvanına “Baş mexanik” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily111
  • Weekly492
  • Monthly1279