BIM Mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

BIM Mütəxəssisi

  • Истекает 12 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas Proqram Mühiti: Autodesk Revit, AutoCAD

Vəzifənin Qısa Təsviri

  • Layihə komandası daxilində Revit əsaslı BIM iş proseslərinin idarə olunması, inkişaf etdirilməsi və nəzarəti üçün məsul olan BIM Mütəxəssis axtarırıq. Bu vəzifə BIM standartlarının yaradılması və saxlanılması, Revit şablonlarının və kontent kitabxanalarının hazırlanması və idarə olunması, layihəçilərə yüksək səviyyəli texniki dəstəyin göstərilməsi, həmçinin memarlıq, konstruksiya və MEP fənləri üzrə çoxprofilli BIM modellərinin koordinasiyasını əhatə edir.

Namizəd Profili

  • Autodesk Revit və BIM layihə koordinasiyası üzrə g üclü təcrübəyə malik memar və ya mühəndis. Namizəd BIM standartlarının hazırlanması və idarə olunması, modelləşdirmə mühitlərinin strukturlaşdırılması və Revit istifadəçilərindən ibarət komandaya həm texniki, həm də metodoloji səviyyədə dəstək göstərmək bacarığına malik olmalıdır.

Tələb Olunan Təcrübə

  • Autodesk Revit ilə minimum 5 il iş təcrübəsi
  • BIM standartlarının, şablonların və Revit kitabxanalarının hazırlanması və idarə olunması üzrə təsdiqlənmiş təcrübə
  • Memarlıq, konstruksiya və MEP komandaları arasında BIM modellərinin koordinasiyası üzrə təcrübə
  • Model keyfiyyətinə nəzarət, toqquşmaların aşkarlanması (clash detection) və BIM koordinasiyası üzrə təcrübə

Tələb Olunan Proqram Bacarıqları

  • Autodesk Revit
  • AutoCAD
  • Navisworks Manage
  • Dynamo for Revit
  • Enscape

Vəzifə Öhdəlikləri

  • Şirkətin BIM standartlarının və modelləşdirmə qaydalarının hazırlanması, tətbiqi və saxlanılması
  • Revit şablonlarının, family-lərin, shared parameter-lərin və kontent kitabxanalarının yaradılması və idarə olunması
  • Revit mühitində layihə mühitlərinin strukturlaşdırılması və standartlaşdırılması
  • Layihə komandası daxilində Revit istifadəçilərinə yüksək səviyyəli texniki dəstək göstərilməsi
  • Fənlər arasında modellərin koordinasiyası (Memarlıq / Konstruksiya / MEP)
  • Zərurət olduqda AutoCAD–Revit iş axınının inteqrasiyasına nəzarət
  • Model keyfiyyətinə, BIM standartlarına uyğunluğa və məlumat bütövlüyünə nəzarət

Üstünlük Verilən Təhsil və Təcrübə

  • Memarlıq və ya mühəndislik üzrə ali təhsil
  • Memarlıq və ya çoxprofilli layihə ofislərində iş təcrübəsi

Xahiş edirik CV-nizi [email protected]  və ya [email protected]  ünvanına "BIM Mütəxəssisi" mövzusu ilə göndərin.

  • Daily0
  • Weekly436
  • Monthly1007