Vəzifə Öhdəlikləri:
- Təhlükəsizlik və müşahidə kameralarının fasiləsiz işləməsinə nəzarət etmək;
- Canlı görüntüləri izləmək və şübhəli hərəkətləri vaxtında aşkar etmək;
- Kameralarda yaranan texniki nasazlıqları operativ şəkildə müəyyənləşdirmək;
- Video yazıların düzgün qeyd olunmasına nəzarət etmək;
- Sorğu əsasında müəyyən tarixlər üzrə görüntüləri çıxarmaq və arxivləmək;
- Arxiv dövrünün (7/15/30 gün və s.) düzgün işləməsini təmin etmək;
- Kamera yazıları əsasında baş vermiş hadisələri təhlil etmək;
- Tələb olunduqda rəhbərliyə hadisə haqqında görüntülərlə birlikdə hesabat təqdim etmək;
- İş prosesi zamanı təhlükəsizlik qaydalarının pozulmasını qeydə almaq;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və tam yerinə yetirmək;
- Mövcud kameraların yerləşdiyi nöqtələrin qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
- Yeni obyektlərdə kamera sistemlərinin quraşdırılması zamanı texniki dəstək vermək.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Orta texniki və ya ali təhsil (informasiya texnologiyaları, təhlükəsizlik və ya əlaqəli sahə üstünlükdür);
- CCTV sistemləri, NVR/DVR qurğuları, IP kamera texnologiyaları barədə biliklərin olması;
- Video arxiv axtarışı və görüntü çıxarma bacarığı;
- Problemləri operativ çözmək və məsuliyyətli olmaq;
- Komandada və təkbaşına işləmə qabiliyyəti;
- Təhlükəsizlik və nəzarət sahəsində çalışmış namizədlərə üstünlük verilir;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
Məktubun mövzusunda “kamera nəzarətçisi” qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.