Vəzifə Öhdəlikləri
- Müəssisəyə daxil olan məhsul, material və avadanlıqların dövlət və beynəlxalq standartlara uyğunluğunu təmin etmək.
- Keyfiyyət və dizayn tələblərinə uyğunluq üçün nəzarət etmək.
- Keyfiyyət idarəetmə planlarını hazırlamaq və prosesə nəzarət etmək.
- Material və avadanlıqların qablaşdırılmasını, markalanmasını və görünüşünü yoxlamaq.
- Keyfiyyət sənədlərini təqdim edib, keyfiyyətin riayət edilməsinə nəzarət etmək.
- Daxili və xarici auditlərdə iştirak etmək.
- Mülkiyyətçi ilə keyfiyyət tələblərinin planlamasını təşkil etmək.
- İnşaat işlərinin beynəlxalq standartlara uyğunluğunu təmin etmək və yoxlama qrafikləri tərtib etmək.
- Tikinti-quraşdırma işlərinin plana və normativ sənədlərə uyğunluğunu nəzarət etmək.
- İş prosesində istifadə edilən materialların keyfiyyətinə və texniki göstəricilərinə uyğunsuzluqları aşkarlamaq.
- Texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirib, təkliflər irəlilətmək.
- Yoxlama və testlər üçün prosedur və test planlarını hazırlamaq.
- Materialların saxlanma şəraitini və layihə tələblərinə uyğunluğunu təmin etmək.
- Ölçü alətlərinin kalibrasiyasına və avadanlıq sertifikatlarına nəzarət etmək.
- Forma 2 və Forma 3 sənədlərinin keyfiyyətinə nəzarət etmək.
Tələblər
- Ali mühəndislik təhsili
- Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə 2 illik təcrübə
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsi
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini
- Müvafiq sahə üzrə beynəlxalq standartlarla anlama və çalışma bacarığı
- Müvafiq normativ sənədlərin hazırlanması və qaydalara riayət edilməsi
- Ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar
- Analitik və problem həll etmə bacarığı
CV-lərinizi elektron poçt ünvana “KT/KN mühəndisi (Region)” başlığı ilə göndərməyiniz xahiş olunur.