Vəzifə öhdəlikləri:
- Generatorların texniki vəziyyətinə nəzarət etmək.
- Generatorların iş rejiminə uyğun olaraq planlı texniki xidmət göstərmək.
- Nasazlıqları vaxtında müəyyən edib aradan qaldırmaq.
- Ehtiyat hissələrinin sifarişi və dəyişdirilməsinə nəzarət etmək.
- İşçilərə texniki təhlükəsizlik qaydalarını izah etmək və onlara əməl olunmasını təmin etmək.
- Generator yağı, yanacaq və soyutma sisteminin işlək vəziyyətdə olmasını təmin etmək.
- Texniki heyətin işini təşkil etmək və nəzarət altında saxlamaq.
- Təlimlər keçərək işçilərin bilik və bacarıqlarını artırmaq.
- Alternativ enerji mənbələrinin qoşulmasına nəzarət etmək
Tələb olunan Bacarıq və Təcrübə:
- Ali və ya orta texniki təhsil (elektroenergetika, elektrik mühəndisliyi və ya uyğun sahə üzrə)
- Generatorların texniki xidmət və təmiri sahəsində ən azı 3 il praktiki iş təcrübəsi
- Dizel və ya benzinlə çalışan generatorların quruluşunu, iş prinsiplərini və nasazlıqlarını yaxşı tanımaq
- Planlı texniki xidmət və nasazlıqların aradan qaldırılması proseslərini bilmək
- Ehtiyat hissələrinin seçilməsi, sifarişi və dəyişdirilməsinə nəzarət bacarığı
- Yanacaq, yağlama və soyutma sistemlərinin işini izləmək və düzgün işləməsini təmin etmək bacarığı
- Texniki heyətin fəaliyyətini təşkil etmək və nəzarət altında saxlamaq təcrübəsi
- Təhlükəsizlik qaydaları üzrə biliklər və işçilərə bu sahədə təlim keçə bilmək qabiliyyəti
- Alternativ enerji mənbələri (günəş panelləri, UPS, inverterlər və s.) ilə işləmək və onların qoşulmasına texniki nəzarət etmək təcrübəsi üstünlük sayılır
- Texniki sənədlərlə işləmək və hesabat vermək bacarığı
- Operativ, məsuliyyətli və texniki yenilikləri izləyən biri olmaq
Müraciətinizi, "Baş mexanik" mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklə xahiş olunur.