KT/KN İnspektor (Xocavənd)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

KT/KN İnspektor (Xocavənd)

  • Истекает 15 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə Öhdəlikləri

  • Keyfiyyət standartlarının və sistemlərinin tətbiqi.
  • Keyfiyyət performansının monitorinqi və təhlili.
  • Keyfiyyət spesifikasiyalarının yerinə yetirilməsini təmin etmək üçün materiallar, avadanlıqlar və proseslərə nəzarət.
  • Tikinti-quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir.
  • Beton, asfalt və qrunt işlərinin istehsal və tətbiq prosesinin təmin edilməsi, monitorinqi və nəzarəti.
  • Təsdiq olunmuş sement-beton, asfalt qarışığı və qrunt qatlarının tələblərinə uyğun olaraq istehsal sahələrinə və tətbiq prosesinə nəzarət.
  • İşin keyfiyyətinin pisləşmə səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi.
  • Tikinti sahəsində ümumi yoxlama zamanı kritik qərarların normativ standartlar çərçivəsində dəyərləndirilməsi.
  • İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır.
  • Beton, asfalt və qrunt işləri üzrə aşkarlanmış uyğunsuzluqların reyestrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir.
  • İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları layihə üzrə məsul şəxslərə bildirir.
  • Materialların saxlanması ilə bağlı göstərişlərin və tövsiyələrin verilməsi.
  • Təşkilatın SƏTƏM prosedurlarına riayət edilməsi.
  • Təşkilatın KT/KN prosedurlarına riayət edilməsi.
  • Layihə üzrə Keyfiyyətin İdarəedilməsi Planına töhfələrin verilməsi və riayət edilməsi.
  • Tikinti, istehsalat sahəsində, sahə laboratoriyasında və ya sahə ofisində çalışmaq.

Tələblər

  • Ali mühəndislik təhsili.
  • Keyfiyyət mühəndisliyi ,keyfiyyət təminatı və ya oxşar vəzifədə 2 illik təcrübə.
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini.
  • Müvafiq sahə üzrə beynəlxalq standartları;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Daxili əmək intizamı qaydalarını;  
  • Ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
  • Analitik və problem həll etmə bacarığı.

Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına  “Yollarda KT/KN inspetoru (Xocavənd)” başlığı ilə göndərməklə edə bilərsiniz.

  • Daily4
  • Weekly576
  • Monthly1382