Mexanik İşləri üzrə sahə mühəndisi (Ağdərə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanik İşləri üzrə sahə mühəndisi (Ağdərə)

  • Deadline 6 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mülki tikinti işlərinə aid bütün mexanik işlərin icrasını idarə etmək və nəzarət etmək;
  • İşlərin səmərəli və vaxtında yerinə yetirilməsini təmin etmək üçün resursları (işçi qüvvəsi, avadanlıq və materiallar) optimallaşdırmaq;
  • Layihə və mühəndislik sənədləri ilə bağlı metodları, prosedurları, spesifikasiyaları, çertyojları və digər əlaqəli sənədləri şərh və nəzarət etmək;
  • İşçi heyətinin səmərəli və effektiv şəkildə təlimatlandırılmasını təşkil etmək;
  • Layihənin uğurla icrası məqsədilə digər sahə rəhbərləri və briqadirlərlə koordinasiyalı şəkildə işləmək;
  • Sahədə mexanik işləri ilə məşğul olan işçiləri və podratçıları idarə etmək;
  • HVAC, havalandırma, su təchizatı, kanalizasiya, yanğınsöndürmə və digər mexaniki sistemlərin quraşdırılması, montajı və sınaq işlərinə nəzarət etmək;
  • Mexaniki avadanlıqların və sistemlərin layihəyə uyğun şəkildə quraşdırılmasını və test edilməsini təmin etmək;
  • İşçi qruplarının lazımi alət, avadanlıq və materiallarla təmin olunmasına nəzarət etmək, material və avadanlıqların israfının qarşısını almaq;
  • İşçi heyətinin materiallardan düzgün istifadə etməsinə, iş yerində intizamın qorunmasına və təhlükəli iş təcrübələrinin qarşısının alınmasına nəzarət etmək;
  • İşçiləri Şirkətin bütün təhlükəsizlik və keyfiyyət prosedur və qaydaları ilə tanış etmək və tətbiqinə məsuliyyətlə nəzarət etmək;
  • Bütün mexaniki sistemlərin təhvil-təslimi zamanı menecer ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi və ya müvafiq sahə) 
  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi 
  • Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı 
  • MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür) 
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı 

Muraciətinizi  [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Mexanik işləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.

  • Daily69
  • Weekly477
  • Monthly610