Mexaniki işləri üzrə mühəndis (Qarabağ)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexaniki işləri üzrə mühəndis (Qarabağ)

  • Deadline 10 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri

  • Mexaniki sistem çertyojlarını oxumaq və tətbiq etmək
  • İşlərin planlaşdırılması və icra planının hazırlanması
  • Mexaniki sistemlərin (HVAC, santexnika, yanğından mühafizə və s.) qanunvericilik və beynəlxalq standartlara uyğunluğunu təmin etmək
  • Sahədə mexaniki quraşdırma işlərinə nəzarət və keyfiyyətə nəzarətin həyata keçirilməsi
  • Mexaniki işlərin təhlükəsizlik tələblərinə və normativ sənədlərə uyğun icrasını təmin etmək
  • Müntəzəm sahə yoxlamaları və sınaqların (təzyiq testi və s.) aparılması
  • Subpodratçılarla koordinasiya və işlərin istiqamətləndirilməsi
  • Mexaniki sahə üzrə smeta məlumatlarının və layihə sənədlərinin hazırlanması
  • Texniki sənədlərin hazırlanması, idarə edilməsi və arxivləşdirilməsi
  • Yaranan texniki problemlərin həlli ilə bağlı təkliflərin verilməsi
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və tapşırıqların icrası
  • Komanda və digər layihə iştirakçıları ilə sıx əməkdaşlıq etmək

Tələblər

  • Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi üzrə)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili biliyi üstünlükdür
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (ingilis dili əlavə üstünlükdür)
  • Kompüter bilikləri: AutoCAD, Revit, MS Office proqramları (Word, Excel və s.)

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Mexaniki işləri üzrə mühəndis (Qarabağ)” qeyd etməyiniz vacibdir.

  • Daily29
  • Weekly327
  • Monthly898