İş haqqında:
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
- Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
- Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir
Namizədə tələblər:
- Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, REVIT
- Dil bilikləri: Azərbaycan, İngilis dili. Digər dillər əlavə üstünlük hesab olunur
Namizədlərdən CV-ni "Mühəndis-konstruktor" mövzusu ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməkləri xahiş olunur.