Vəzifə öhdəlikləri:
- Körpü, tunel, estakada və digər süni qurğular üzrə tikinti işlərinin təşkili və idarə olunması
- Layihə sənədlərinə uyğun olaraq işlərin icrasına nəzarət
- İş qrafiklərinin hazırlanması və icrasına nəzarət
- Tikinti sahəsində işçi heyətinin koordinasiyası
- Texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
- Material və texnikanın düzgün istifadəsinin təmin edilməsi
- Görülən işlər üzrə hesabatların hazırlanması
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (süni qurğular üzrə üstünlük verilir)
- Tikinti norma və qaydalarını yaxşı bilmək
- Layihə oxuma bacarığı
- Komanda ilə işləmək və idarəetmə bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
Sizdən, CV-nizi mövzu hissəsində “Süni qurğular üzrə iş icraçısı” qeyd etməklə [email protected] və ya [email protected] göndərməyinizi xahiş edirik.