Vəzifə öhdəlikləri
- Avtomobil yollarında kiçik süni qurğuların (suötürücü boruların) layihələndirilməsi;
- Avtomobil yollarında kiçik körpülərin (L ≤ 25,0 m) layihələndirilməsi;
- Dəmir-beton konstruksiya elementlərinin həcmlərinin hesablanması;
- Dəmir-beton konstruksiyaların armaturlanma cizgilərinin işlənilməsi;
- Layihə üzrə süni qurğuların yekun siyahısının və iş həcmləri cədvəllərinin hazırlanması;
- Layihəyə aid izahat yazısının hazırlanması;
- Layihəyə aid işçi layihə komplektinin hazırlanması.
Tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil (əsasən Yol İnşaatı, Körpülər və Tunellər ixtisası üzrə);
- Avtomobil yollarının və süni qurğuların layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
- Dəmir-beton konstruksiyaların layihələndirilməsi və armaturlanması üzrə biliklər;
- Süni qurğuların suötürücülük və hidravlik hesablamalarını aparmaq bacarığı;
- Hazırda qüvvədə olan layihələndirmə norma və qaydalarını bilmək;
- Microsoft Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- AutoCAD, Revit və digər kompüter qrafik proqramlarında işləmək bacarığı.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Süni Qurğular üzrə Layihəçi Mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.