Vəzifə öhdəlikləri:
- Yanacaq Avadanlıqlarının Texniki Xidməti və Təmiri
- Yanacaq doldurma məntəqələrində və anbarlarda mexaniki avadanlıqların təmirini və baxışını həyata keçirmək
- Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və filtrasiya sistemlərinin işləkliyini təmin etmək
- Nasaz və köhnəlmiş hissələri dəyişdirmək, qaynaq və montaj işləri aparmaq
- Yeni yanacaq çənlərinin, nasos stansiyalarının və dispenserlərin quraşdırılmasında iştirak etmək
- Boru xətlərinin düzgün qoşulmasını və hermetikliyini yoxlamaq
- Klapanlar, muftalar, flanslar və digər mexaniki hissələrin sazlanmasını aparmaq
- Boru xətlərinin təzyiq testlərini aparmaq və sızmaların qarşısını almaq
- Yanacaq ötürmə sistemlərində yaranan nasazlıqları aşkar edib, operativ şəkildə aradan qaldırmaq
- Yanacaq nasoslarının və filtr sistemlərinin təmizlənməsi və texniki xidməti
- Mexaniki işlər zamanı təhlükəsizlik qaydalarına əməl etmək
- Yanacaq avadanlıqları ilə işləyərkən işçi təhlükəsizliyini təmin etmək və avadanlıqların düzgün istifadə olunmasına nəzarət etmək
- Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək
- Gündəlik və aylıq texniki işlərin hesabatlarını hazırlamaq
- Ehtiyat hissələri və avadanlıq tələbləri ilə bağlı sifarişlərin hazırlanması
- Quraşdırılmış və ya təmir olunmuş avadanlıqların qeydiyyatının aparılması
Tələblər:
- Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili
- Çilingər vəzifəsində ən azı 2-3 il iş təcrübəsi
- Yanacaq sektoru, neft-qaz və sənaye avadanlıqları ilə işləmə təcrübəsi üstünlükdür
- Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək
- Hidravlik və pnevmatik sistemlər üzrə anlayışın olması
- Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq
- Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları
- Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması
- Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək
Məktubun mövzusunda “Yanacaq avanlığı çilingər (regionlar)” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.