North West Construction North West Construction
  • 276

Yanacaq Avadanlıqları üzrə Mexanik-Çilingər (regionlar)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yanacaq Avadanlıqları üzrə Mexanik-Çilingər (regionlar)

  • Deadline 8 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Yanacaq avadanlıqlarının (nasoslar, dispenserlər, kompressorlar, klapanlar, filtrasiya sistemləri və s.) sazlanması, texniki baxışı və təmiri.
  • Çilingər işlərinin aparılması: nasaz hissələrin sökülməsi, dəyişdirilməsi, qaynaq və montaj işlərinin həyata keçirilməsi.
  • Yanacaq anbarı, çənlər, nasos stansiyaları, dispenserlər və paylayıcı qurğuların işlək vəziyyətdə saxlanılması.
  • Boru xətlərinin düzgün qoşulması, hermetikliyinin yoxlanılması və müəyyən testlərinin aparılması.
  • Klapanlar, muftalar, flanşlar və digər mexaniki hissələrin sazlanması və təmiri.
  • Nasaz və köhnəlmiş hissələrin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılmasında iştirak.
  • Yanacaq sızmalarının, texniki nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması.
  • Yanacaq nasoslarının və filtrasiya sistemlərinin təmizlənməsi, baxımı və texniki xidmətinin təşkili.
  • Təhlükəli mayelərlə işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə etmək və işçi təhlükəsizliyini təmin etmək.
  • Texniki işlər zamanı təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması.
  • Günlük, aylıq və planlı texniki baxışların aparılması və nəticələrin hesabatlaşdırılması.
  • Ehtiyat hissələrinin vaxtında dəyişdirilməsi, sifarişlərin hazırlanması və inventar qeydiyyatının aparılması.
  • Təmir və quraşdırma işlərinin nəticələrinin sənədləşdirilməsi və rəhbərliyə hesabat verilməsi.

Tələblər:

  • Texniki-peşə təhsili və ya mexanika, çilingərlik, avadanlıqların təmiri sahəsində orta ixtisas təhsili
  • Yanacaq dispenserləri, nasoslar, klapanlar, boru xətləri və digər mexaniki avadanlıqların quruluşu və işləmə prinsiplərini bilmək
  • Çilingər və mexaniki alətlərlə işləmə bacarığı.
  • Yanacaq avadanlıqları üzrə və ya oxşar texniki sahədə minimum 2-3 il iş təcrübəsi.
  • Nasazlıqları diaqnostika etmək və tez həll etmək bacarığı.
  • Santexnika, qaynaq, mexaniki montaj işləri üzrə biliklərə malik olmaq
  • Boru xətləri və yanacaq ötürmə sistemlərinin texniki xidmət və təmir bacarıqları
  • Avadanlıqların sökülməsi, yığılması, sazlanması və təmirinin aparılması
  • Yanacaq və neft-kimya sənayesində tətbiq olunan təhlükəsizlik qaydalarını bilmək
  • Sürücülük vəsiqəsi (B və ya C kateqoriya).
  • Məsuliyyətli və diqqətli olmaq.

CV-nizi məktubun mövzu hissəsində “YDM üzrə çilingər” qeyd edərək [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily25
  • Weekly596
  • Monthly1900