Nort Vest Konstrakşn MMC Azərbaycan bölgələri ərazisində olan layihələri ilə əlaqədar olaraq müvafiq sahədə təcrübəsi olan Yanacaq daşıyan maşına sürücü axtarır.
Tələblər və vəzifə öhdəlikləri:
- İri qabaritli nəqliyyat vasitəsinin sazlığını nəzarətdə saxlamaq;
- İş vaxtı ərzində departament rəhbərini ilə mütəmadi əlaqə saxlamaq;
- Nəqliyyat vasitəsində nasazlıq varsa bu haqda müdriyyətə məlumat vermək;
- Gəlmə və getmə vaxtını rəhbərinə xəbər vermək;
- İş vaxtı ona etibar edilən nəqliyyət vasitələrindən şəxsi məqsədlər üçün istifadə etməmək;
- Nəqliyyət vasitəsini daim təmiz və saz vəziyyətdə saxlamaq;
- Müdriyyət tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək;
- İş prosesində əməyin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmək.
- Maşında təyinatı, quruluşu, işləmə prinsiplərini bilmək
- Maşənda üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını bilmək
- Texniki xidmətin aparılması qaydası və mühafizəsi qaydalarını bilmək
- Əməyin təhlükəsizliyi, şəxsi gigiyena və sanitariya, yanğın hlükəsizliyi qaydalarını bilmək
- Nahar və yaşayış yeri şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlərdən öz müraciət formalarını (CV) mövzu hissəsində " Yanacaq daşıyan maşının sürücüsü " qeyd edərək e-mail elektron ünvanına göndərmələri xahiş olunur.