Baş Mühasib

  • Истекает 6 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək
  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Gəlir və xərclərin nəzarəti, maliyyə intizamının təmin edilməsi
  • Bank əməliyyatlarının və ödənişlərin idarə olunması
  • Mühasibat komandası və gündəlik əməliyyatlara nəzarət
  • Vergi və mühasibat qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi
  • İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət
  • Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi
  • İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi
  • Anbar qalığı və inventarizasiya proseslərində iştirak
  • İstehsal xərclərinin düzgün bölgüsünə nəzarət

Tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
  • İstehsal sahəsində və Baş mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək
  • 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı
  • Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür
  • Analitik düşünmə və yüksək məsuliyyətlilik
  • Komanda idarəetmə bacarığı

İş şəraiti:

  • İş yeri: Ramana (Buta şadlıq sarayın arxası, havalimanı yolunun üstü);
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi; (6cı gün qısaldılmış)
  • Əmək haqqı: 1500-2000 AZN başlanğıc

Qeyd: Vakansiya xanım namizədlər üçün nəzərdə tutulub.

CV-nizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly726